2022-2026-cı illərdə Azərbaycanda orta illik ÜDM-in artımı 3,9% səviyyəsində proqnozlaşdırılır. Bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bəyan edib.
“Proqnozlarımıza əsasən, 2022-2026-cı illərdə orta illik ÜDM-in artımı 3,9% təşkil edcəək. Bu dövrdə qeyri-neft ÜDM-in artımı illik 5% təşkil edəcək”, - Əliyev bu gün “Karyera inkişafı forumu”nda çıxışında bildirib.
Onun sözlərinə görə, 2027-ci ilədək ÜDM-də kiçik və orta biznesin payı qeyri-neft ÜDM-in 35%-nə çatmalıdır.
Nazir müavini əlavə edib ki, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracının həcmi 1,8 dəfə artmalıdır.
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 5,1% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19-a görə məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması fonunda 4,3% təşkil edib. **
E.Şəfiyev