Azərbaycan hökuməti 2020-2021-ci illərdə COVID-19-dan əziyyət çəkmiş əhaliyə və biznes subyektlərinə $2,7 milyard və ya ÜDM-in 6,35%-ni sosial-iqtisadi dəstək paketiyönəldib. Bu barədə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bəyan edib.
“2020-2021-ci illərdə COVID-19-dan əziyyət çəkmiş əhaliyə və biznes subyektlərinə $2,7 milyard məbləğində sosial-iqtisadi dəstək paketireallaşdırılıb. Bu, ÜDM-in 6,35%-nə ekvivalentdir, bu da mühüm dərəcədə böyük məbləğdir”, - Əliyev bu gün “Karyeranın İnkişafı Forumu”nda çıxışında bildirib.
Onun sözlərinə görə, təqribən 5 milyon nəfər bu dəstək paketindən yararlanıb. **
E.Şəfiyev