Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.
“Bayramov və Çavuşoğlu bölgədə mövcud olan son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. O cümlədən, bölgə ölkələrinin iştirakı ilə “3+3” formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar”, - Azərbaycan XİN-dən məlumat verilir.
Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.
“Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib”, - məlumatda deyilir. **
E.Şəfiyev