Ermənistan polisi tərəfindən parlamentin sədri Alen Simonyan ilə görüş tələb edən etiraz aksiyasının iştirakçıları saxlanılıblar. Buna, Simonyanın Azərbacanda saxlanılan “erməni hərbi əsirlərlə” bağlı işlətdiyi ifadələr səbəb olub.
“İnterfaks”ın müxbiri məlumat verir ki, 10-a yaxın şəxs saxlanılıb, polis və nümayişçilər arasında toqquşmalar baş verib.
Parlamentin vitse-spiekrinin ofisində jurnalistlərə məlumat verilib ki, Simonyan məşğul olduğu üçün hərbçilərin və itkin düşən şəxslərin yaxınları ilə görüşə bilməyəcək.
Öncə Simonyan xaricə səfərlərin birində həmvətənləri ilə görüş zamanı bildirib ki, “həmin əsirlər onun üçün artıq yoxdur”. Həmin bəyanatın videoyazısı internet şəbəkəsində yayılıb.
“... Bağışlayın, bəlkə mən bir qədər düzgün ifadə etmirəm, lakin hesab edirəm ki, həmin əsirlər artıq yoxdur. Mənim üçün artıq yoxdur... Həmin şəxslər silahları atıblar, qaçıblar və yolu azıblar. Mən bu barədə açıq şəkildə danışa bilmirəm. Siz maraqlı deyil, niyə əsirlərin valideynləri fəallqı nmayiş etdirmirlər? Çünki bu insanlar bilirlər ki, əsgərlər fərarilik ediblər. Silahları atıblar və qaçıblar, əsir düşüblər”, - Ermənistan parlamentinin spikeri videoyazıda bildirir.
Daha sonra Simonyan jurnalistlərə bəyan edib ki, həmin videoyazı montaj olunub, lakin mövqelərini tərk edən və təslim olan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. **