Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu istiqamətində (sərhəddə - İF) Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub”, - məlumatda deyilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.
“Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır», - məlumatda qeyd olunur. **
E.Şəfiyev