“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsubları təlimi izləyiblər”, - nazirlikdən qeyd olunur.
Təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib. Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər. Düşmənin diversiya-təxribat fəaliyyətlərinin qarşısını alan xüsusi təyinatlılarımız təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.
“Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın təmasla və müxtəlif silah nümunələri ilə döyüş elementləri yerinə yetirilib”, - nazirlikdən vurğulanır. **
E.Şəfiyev