Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna malik 20 manatlıq pul nişanının 10 fevral 2022-ci il tarixindən tədavülə buraxacaq.
Bankın məlumatında qeyd olunur ki, pul nişanının yeni dizaynı “Qarabağ” mövzusuna həsr olunub və mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə buraxılıb.
“Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb”, - AMB-dən qeyd olunur.
Bundan başqa, Mərkəzi Bank 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılması barədə elan edib. Yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub. **
R.Əhmədov