Ermənistan dekabrın 10-da keçiriləcək “3+2” (Azərbaycan, İran, Rusiya, Türkiyənin iştirakı ilə) yeni regional format çərçivəsində ilk görüşdə iştirak məqsədilə öz nümayəndələrini göndərəcək.
“3+2” formatında (Gürcüstanın iştirakı olmadan - İF) ilkin iclas keçiriləcək. Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. Davamı bu görüşün nəticələrinə dair aydın olacaq”, - Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə “hökumət saatı” çərçivəsində çıxışında bildirib.
O, ilk görüşün keçiriləcəyi yeri dəqiqləşdiməyib. Baş nazir qeyd edib ki, Ermənistan regional dialoqun səmərəli meydançalarını axtaracaq.
“Hesab edirik ki, “3+3” formatında maraqlı ola bilərik, əgər “3+2” meydançasında artıq digər formatlarda müzakirəsinə cəlb olunduğumuz məsələlər müzakirə edilməsə. Rusiyalı tərəfdaşlarımızla bu məsələni müzakirə etmişik, onlar da bu fikir ilə razıdırlar”, - Paşinyan qeyd edib. **