Azərbaycan və ABŞ arasında iqtisadiəməkdaşlığın mövcud vəziyyəti və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
“ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşdə ikitərəfli iqtisadiəməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirdik”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook səhifəsində yazıb.
Bundan əlavə, nazirin sözlərinə görə, tərəflər amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı barədə müzakirə aparıblar. **
A.Salayeva