Gürcüstanın “3+3” regional əməkdaşlıq formatında iştirakı məsələsi nəzərdən keçirilmir. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Gürcüstan XİN “3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı aydın mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna müvafiq olaraq Gürcüstan dekabrın 10-da keçirilməsi planlaşdırılan görüşdə təmsil olunmayacaq”, - deyə nazirlikdən jurnalistlərə bildiriblər.
Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək.
İclasda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranı xarici işlər nazirlərinin müavinləri təmsil edəcək.*