Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atması barədə məlumat yayıb.
“Dekabrın 9-u saat 15:00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub”, - deyə məlumatda bildirilir.
Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda qeyd olunur.*