Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsilə nağdsız qaydada ödənilməsinin həyata keçirilməsinə 11 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, bu mədsədlə “Kapital Bank” ASC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 11 milyon 25 min manatdır. **
E.Şəfiyev