1 dekabr 2021-ci il tarixinədək Azərbaycanın vergi orqanları tərəfindən 50 653 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Noyabrda 1 105 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
“2021-ci ilin yanvar-noyabr aylarında onlar üzrə dövriyyə 14 milyard manat təşkil edib (noyabrda – 1,5 milyard manat - İF), bu da 2020-ci ilin 10 ayın göstəricisindən 85,8% çoxdur”, - Xidmətdən qeyd ediblər.
Nəzarət-kassa aparatlarınınn quraşdırılması üzrə qrafik Nazirlər Kabineti tərəfindən təsdiq olunuv və 4 mərhələdən ibarətdir. 2022-ci ilin sonuna ölkədə bütün kassa aparatları yeni nəsil kassa aparatları ilə əvəzlənəcək. **
R.Əhmədov