Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Salyan Peşə Liseyinin əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasına dair «AZKOMMUNLAYIHƏ» ilə müqavilə imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi ww.tender.gov.az saytına istinadən məlumat verir ki, müqavilənin dəyəri 165 min manatdır.
Bundan əlavə, İdarə Quba Peşə Liseyinin əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasına dair "AY KONSALTİNQ LTD" ASC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri – 180 min manatdır. **
E.Şəfiyev