Ağdam Sənaye Parkının ərazisində müəssisələrin yaradılmasına investisiyalar qısamüddətli perspektivdə 20-25 milyon manat, orta və uzunmüddətli dövrdə - 100 milyon manat həcmində qiymətləndirilir. Bu barədə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev bəyan edib.
“Ağdam Sənaye Parkına qısamüddətli perspektivdə investisiyalar 20-25 milyon manat həcmində qiymətləndirilir. Ortamüddətli və uzunmüddətli perspektivdə investisiyaların həcmi 100 milyon manat həcmində qiymətləndirilir”, - Nuriyev cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazlrda Ağdam Sənaye Parkının ərazisində reallaşdırılması üçün potensial rezidentlər tərəfindən təqdim olunan 5 layihə nəzərdən keçirilir. Onların arasında metal konstruksiyaların istehsalı, günəş batareyası ilə işləyən işıqlandırıcı dirəklərin istehsalı üzrə müəssisələr, sisntretik xalçaların istehsalı üzrə müəssisə, uniforma tikişi üzrə müəssisə, torbaların tikişi üzrə müəssisə yer alır.
Xəbər verildiyi kimi, 2021-ci il mayın 28-də Azərbaycan prezidenti İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Parka 190 hektar ərazi ayrılıb. Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. **
B.Rüstəmbəyov