Qazaxıstanın birinci prezidenti, ElbasıNursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi Birliyinə müşahidəçi ölkə kimi qoşulmasını mümkün hesab edir.
“Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi Birliyində müşahidəçi ölkə statusu alması üçün danışıqlar aparılmasını mümkün hesab edirəm. Özbəkistan nümunəsi ilhamlandırmalıdır, düşünürəm ki, Özbəkistan bundan az qazanmadı”, - Nazarbayev cmə günü Avrasiya İqtisadi Şurasının sammitində bildirib.
Avrasiya İqtisadi Birliyinə Rusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Belarus daxildir. 2020-ci ildə İran Birliyə qoşulma proseduruna başlayıb, 2022-ci ildə sona çatması gözlənilir.
Moldova, Özbəkistan və Kuba Birlikdə müşahidəçi dövlət statusuna malikdir. **