2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 11 milyard 708,1 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2% az vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,7%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,9% azalıb.
Yanvar-noyabr aylarında istifadə olunmuş vəsaitin 7 milyard 740,4 milyon manatı və ya 66,1%-i məhsul istehsalı sahələrinə, 3 milyard 79,8 milyon manatı (26,3%-i) xidmət sahələrinə, 887,9 milyon manatı (7,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 858,9 milyon manatını (33%) xarici, 7 milyard 849,2 milyon manatını və ya 67%-ni isə daxili vəsaitlər təşkil edib.
2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.**
X.Nəsirzadə