Azərbaycanla sərhəddə atışma nəticəsində Ermənistan silahlı qüvvələrinin bir nəfər hərbi qulluqçusu həlak olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilir.
“Dekabrın 10-da günorta saatlaında atışma nəticəsində (...) Ermənistan tərəfindən bir nəfər hərbi qulluqçu həlak olub, daha bir neçə hərbçi yaralanıb”, - Ermənistan MN-nin mətbuat xidməti məlumat verir.
Nazirlikdən qeyd olunub ki, yaralıların şəxsiyyəti və vəziyyəti barədə məlumat dəqiqləşdirilir.
Əvvəl Azərbaycan Müdafiə Nazilriyi məlumat verib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. “Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib”, - Azərbaycan Müdafiə Nazirliyi qeyd edir. Nazirlikdən vurğulanır ki, bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. **