Rəsmi Kiyev ASK sahəsində Bakı ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır. Bu barədəUkraynanın aqrar siyasəti və qida naziri Roman Leşenko bəyan edib.
“Azərbaycanda aqrar sektoru intensiv inkişaf edir, biz uzunmüddətli perspektivdə qarşılıqlı münasibətlər qurmaq istəyirik. İlk mərhələdə 2030-cu ildəək əməkdaşlıq konsepsiyasını planlaşdırırıq. Azərbaycan ASK sahəsində sistemli islahatlar həyata keçirir, bu sektorun bir sıra istiqamətlərində, xüsusilə, gübrələr və suvarma sistemlərinin istehsalı sahəsində işgüzar birliyi mühüm hesab edirik”, - Leşenko AzTV dövlət telekanalına müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna ASK sektorunda Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır.
Bundan əlavə, Leşenko vurğulayıb ki, Kiyev investisiyalar və qabaqcıl texnologiyaların inteqrasiyası məsələsində Azərbaycana dəstək verməyi planlaşdırır.
“ASK sahəsində ikitərəfli əməkaşlığın inkişafında nəticələrin əldə olunması üçün birgə fəaliyyət zəruridir. Ukrayna innovasiyalar, elmi bilikləklə bölüşməyə hazırdır, çünki Azərbaycan inkişaf nümayiş etdirir, bizdə dots ölkə kimi, tərəqqi prosesində iştirak etməyə şad olarıq”, - Leşenko vurğulayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvaroktyabr aylarının yekunları üzrə Azərbaycan-Ukrayna qarşılıqlı ticarət dövriyyəsinin həcmi $784,402 milyon təşkil edib, bu da ötən ilin analoji dövründən 18,9% çoxdur. **
X.Nəsirzadə