Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Bakıdakı səfiri Kim Tong Opu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
“Bayramov Azərbaycan və Koreya arasında münasibətlərin siyasi, iqtisadi, humanitar istiqamətlərdə inkişafından məmnunluqla bəhs edib və səfirin bu xüsusda səylərini yüksək qiymətləndirib”, - məlumatda qeyd olunur.
Gələn il Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyinə istinad edən tərəflər, bununla əlaqədar müxtəlif tədbirlərin təşkilinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər. “Görüşdə tərəflər, həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər”, - XİN-dən vurğulanır. **