Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumata görə, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Dekabrın 12-də Heydər Əliyevin vəfatından 18 il keçir.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.*
A.Salayeva