“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva reysinin gecikməsini şərh edib.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir”, - AZAL-ın Facebook-un rəsmi səhifəsində deyilir.
Məlumatda bildirilir ki, sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.
Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar. **
A.Salayeva