Azərbaycan Xankəndi şəhərinə dəmiryol xəttinin çəkilməsini planlaşdırır. Bu barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bəyan edib.
“Bərdədən Ağdama dəmir yolunun bərpası prosesi sona çatdıqdan sonra Xankəndiyə də dəmir yol xətiinin çəkilməsi planlaşdırılır”, - Qurbanov bazar günü jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, plana Şuşada analoji layihənin reallaşdırılması daxildir.
“Layihələndirmə işləri həyata keçirilir. Tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Müvafiq qərar veriləndən sonra işlərə başlanıla bilər", - ADY-nin sədri deyib. **
R.Əhmədov, A.Salayeva