2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM 5,3% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin 10 ayının yekunları üzrə ÜDM-in artım tempi 4,9% təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7%, qeyri neft-qaz sektorunda isə 6,4% artıb.
11 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 80 milyard 688,2 milyon manat təşkil edib.
ÜDM istehsalının 41,6%-i sənaye, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8%-ni təşkil edib.
Yanvar-noyabr aylarında əhalinin hər nəfərinə düşən ÜDM 8 min 55,3 manata bərabər olub.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 5,1% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.*
N.Abbasova