“Ural Hava Yolları” Kaluqadan Bakıya birbaşa uçuşlar üçün bilet satışına başlayıb. Bu barədə Kaluqa aeroportunun mətbuat xidməti məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, uçuşlar Kaluqa hava limanından 29 dekabrdan etibarən həftədə iki dəfə (çərşənbə və şənbə günləri) “Airbus A321” təyyarələri ilə həyata keçiriləcək.
Təyyarə Kaluqadan yerli vaxtla saat 09.25-də çıxacaq, saat 13.30-da Bakıya çatacaq, Bakıdan isə saat 14.30-da çıxacaq və saat 16.40-da Kaluqaya çatacaq.
Biletləri bütün aviakassalardan və aviaşirkətin saytında əldə etmək mümkündür.*
N.Abbasova