Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər və Zəngilan şəhərlərinin baş planlarının hazırlanması işlərinə “Sapartners Kovari+Kovari” şirkətini cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə Mərkəz “Sapartners Kovari+Kovari” şirkəti ilə iki müqavilə bağlayıb.
Zəngilanın baş planının hazırlanması üzrə işlərin dəyəri 620 min 361,07 manat, Kəlbəcərin baş planının hazırlanması üzrə işlərin dəyəri 670 min 694,63 manatdır.*
R.Əhmədov