Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Püşkatmanın nəticələrinə əsasən, 1/16 finalda “Qarabağ” klubunun rəqibi “Marsel”dir (Fransa).
Bu komandalar arasında ilk oyun fevralın 17-də Fransada, cavab qarşılaşması isə fevralın 24-də Bakıda keçiriləcək.
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış ilk Azərbaycan klubudur.*
E.Şəfiyev