Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9169 manat/1EUR səviyyəsində (dekabrın 13-nə 1,9201 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0231 manat/1RUB səviyyəsində (dekabrın 13-nə 0,0232 manat/1RUB) müəyyən edib.*
N.Abbasova