Azərbaycan şirkətlərinin Türkiyə iqtisadiyyatına ümumi sərmayələri $19 milyardı ötür, Gürcüstana - $3,3 milyard təşkil edir. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiyaları $3,3 milyard təşkil edir. Yalnız Kulevi terinalına sərmayələr $500 milyon təşkil edib”, - Cabbarov çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Gurcüstan-Türkiyə biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu günə Türkiyə iqtisadiyyatına Azərbaycanın investisiyaları $19 milyardı ötür. **
B.Rüstəmbəyov