“Bank Respublika” 10 milyon manat məbləğində istiqrazlar buraxmağı planlaşdırır. Bu barədə Bakı Fond Birjasından məlumat verilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 10 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 8,5%-dir (kupon faizlərinin ödəniş müddəti - hər 6 aydan bir).
“İstiqrazların dekabrın 16-da hərracda yerləşdirilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Bank istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti kredit portfelinin artırılmasına və bir sıra layihələrin maliyyələşdirilməsinə yönəldəcək.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur.*
A.Əzizov