Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə onun vasitəçiliyi olmadan bir qədər ünsiyyətdə olublar. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel məlumat verib.
“Bəli, bu, doğrudur”, - deyə o, danışıqlar zamanı Əliyevə və Paşinyana onun iştirakı olmadan ünsiyyətdə olmaq imkanı vermək üçün həqiqətən qısa müddətə çıxması barədə sualı cavablandırarkən jurnalistlərə bildirib.
“Onların bir-biri ilə birbaşa ünsiyyətdə olması vacibdir”, - deyə Mişel əlavə edib.*