Avropa İttifaqında Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası məsələsi ilə bağlı məsləhətləşmələr üçün ekspert qrupu yaradılacaq. Bu barədə Avropa Şurasının bəyanatında deyilir.
“Avropa İttifaqı sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı problemlərin həlli prosesinə kömək etmək üçün ekspertlər/məsləhətçilər qrupu yaradacaq”, - deyə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə keçirdiyi birgə görüşdən sonra dərc olunmuş bəyanatda qeyd olunur.
Sənəddə bildirilir ki, ekspertlər hər iki ölkəyə texniki yardım göstərə bilərlər.*