2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 31 milyon 613,4 min ton neft (qaz-kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 31 milyon 554,1 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib ki, bu da 2020-ci ilin yanvar-noyabr aylarının göstəricisinə uyğundur.
Hesabat dövründə Azərbaycanda 39 milyard 697,5 milyon kubmetr qaz (artım 17,8%), 29 milyard 427,3 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft (qaz-kondensatla birlikdə, 2019-cu ilin göstəricisinə nisbətən azalma 7,8%), 36 milyard 713,3 milyon kubmetr qaz (artım 3,1%) hasil edilib.*
N.Abbasova