Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2021-ci ilin yanvar-noyabr ayları ərzində 6 ton 582 kq-dan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin dəyəri 190 milyon manat ($111 milyon) kimi qiymətləndirilir.*
E.Şəfiyev