2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 415,8 milyon manat və ya ÜDM-in 0,5%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 22 milyard 725,3 milyon manat (2020-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə artım 2,2%), xərcləri 22 milyard 309,5 milyon manat (artım 0,7%) təşkil edib.
2021-ci ilin 11 ayı ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 80 milyard 688,2 milyon manat təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
R.Əhmədov