Ermənistanın baş naziri Nikol Paşinyan mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təmasları davam etdirməyə hazır olduğunu bildirib.
“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə ümumi yanaşmaların formalaşdırılması və mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün təmasların davam etdirilməsi barədə razılıq əldə olunub”, - deyə Paşinyan bu gün hökumətin iclasında qeyd edib.*