Baş nazirin müavini Şahin Mustafayev Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupda Bakının mövqeyini konstruktiv hesab edir.
“Nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrup (Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində - İF) öz işini davam etdirir və Azərbaycanın mövqeyi konstruktivdir”, - deyə Ş.Mustafayev bu gün Bakıda keçirilən “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfransda bildirib.
O, həmçinin Zəngəzur və Laçın dəhlizlərinin hüquqi rejimi məsələsinə də toxunub. “Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Bu gün Laçın dəhlizində heç bir gömrük məntəqəsi yoxdur. Əgər Zəngəzur dəhlizində gömrük məntəqələri yaradılarsa, Laçın dəhlizində də analoji məntəqələr olacaq”, - deyə baş nazirin müavini əlavə edib.*
B.Rüstəmbəyov