Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin payızında Azərbaycana təcavüzü nəticəsində Tərtər və Ağdam rayonlarında dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi, təmiri və bərpası işlərinin həyata keçirilməsinə “AZ-CASPİAN CONSTRUCTİON” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, şirkətlə 3 milyon 960 min manat dəyərində müqavilə bağlanıb.*
E.Şəfiyev