“Baker Tilly Audit Azerbaycan” QSC “Azərbaycan Biznesinin İnkişafı Fondu” (ABİF) publik hüquqi şəxsin auditoru seçilib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, ABİF və “Baker Tilly Audit Azerbaycan” arasında bağlanmış müqaviləyə əsasən, QSC fondun 2021-ci il üzrə maliyyə hesabatlarının auditini keçirəcək.
Müqavilənin dəyəri 42,48 min manatdır.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 11-də “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılır. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyəcək, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edəcək, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərəcək.*
R.Əhmədov