Dekabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey arasında telefon danışığı olub.
“Tərəflər Azərbaycan ilə Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Vladimir Makey Şərq Tərəfdaşlığının VI Sammitinin nəticəsinə dair qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Azərbaycan dekabrın 15-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığının VI Sammitinin yekunları üzrə qəbul edilmiş bəyannamənin Belarusda daxili siyasi vəziyyətlə bağlı 11-ci bəndinə qoşulmayıb.*
E.Şəfiyev