2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 890,2 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin 10 ayının göstəricisindən 22% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $246 milyon 254,9 min (artım 1,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $118 milyon 108,6 min dəyərində (artım 2,7 dəfə) 251,7 min ton şəkər xammalı və şəkər (artım 1,9 dəfə), $144 milyon 308,4 min dəyərində (artım 41,9%) 105,3 min ton bitki yağı (azalma 6,9%), $51 milyon 622 min dəyərində (artım 11,6%) 11,877 min ton çay (artım 4,4%), $64 milyon 573,7 min dəyərində (azalma 4,3%) 12,488 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 8,9%) idxal edilib.
Yanvar-oktyabr aylarında respublikaya $17 milyon 679 min dəyərində (azalma 43,2%) 4,541 min ton iribuynuzlu heyvan əti (azalma 44,8%), $31 milyon 483,1 min dəyərində (artım 10,3%) 24,345 min ton quş əti və quş əti məhsulları (azalma 0,3%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $93 milyon 832,9 min dəyərində (artım 2,8%) 100 min ton meyvə, $16 milyon 715,5 min dəyərində (artım 27,3%) 32,499 min ton tərəvəz (artım 40%), $42 milyon 403,4 min dəyərində (artım 14%) 163,9 min ton kartof (artım 20,8%) idxal edilib.
10 ay ərzində ölkədən $145 milyon 437,6 min dəyərində (azalma 22,5%) 145,5 min ton tərəvəz (azalma 22,5%), $272 milyon 265,6 min dəyərində (artım 12,3%) 229,4 min ton meyvə (artım 21,4%), $39 milyon 855,5 min dəyərində (artım 18,1%) 91,834 min ton kartof (artım 12,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $26 milyon 745,8 min dəyərində (artım 1,6 dəfə) 50,762 min ton şəkər (artım 30,5%), $11 milyon 953,3 min dəyərində (artım 28,6%) 9,078 min ton bitki yağı (azalma 15,4%) ixrac edilib.
Yanvar-oktyabr aylarında Azərbaycan $11 milyon 841,3 min dəyərində (azalma 8,8%) 9,836 min ton meyvə və tərəvəz şirələri (artım 4,3%), $2 milyon 991,5 min dəyərində (azalma 1,1%) 183,3 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 0,6%), $7 milyon 353 min dəyərində (artım 11,1%) 6,861 min ton meyvə və tərəvəz konservləri (artım 24,3%), $8 milyon 931,3 min dəyərində (azalma 9,6%) 3,405 min ton tütün (azalma 13,6%) ixrac edib.*
B.Rüstəmbəyov