Avrasiya İqtisadi Birliyində (AİB) müşahidəçi statusu almaq üçün konsensus vacibdir. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.
“Bu və ya digər ölkəyə müşahidəçi statusunun verilməsi məsələsində konsensus əldə edilməlidir”, - deyə o, “Armenpress” informasiya agentliyinə Azərbaycanın təşkilatda müşahidəçi statusu alması mümkünlüyünü şərh edərkən bildirib.
“Hazırda hər hansı bir ölkədən AİB-də müşahidəçi statusu almaq üçün müraciət daxil olmayıb”, - deyə mətbuat katibi qeyd edib.
Dekabrın 10-da Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Azərbaycanın AİB-ə müşahidəçi ölkə qismində qoşulmasının mümkün olduğunu bildirib.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk dekabrın 16-da Bakıda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu əldə etsə, təşkilat ölkələri ilə əməkdaşlıqdan daha çox fayda əldə edəcək.*