Azərbaycan Müdafiə Sənyesi Nazirliyinin müəssisələri 2022-ci ildə 66 adda yeni silah və hərbi texnikanın istehsalına başlamağı planlaşdırır. Bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov deyib.
“66 adda yeni müasir tipli silah və hərbi texnika yaradılmaq üzrədir. Gələn ilin birinci yarısında onların seriyalı istehsalına başlanılması nəzərdə tutulur”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavini əlavə edib ki, bir il əvvəllə müqayisədə bu il Müdafiə Sənyesi Nazirliyinin müəssisələrində məhsul istehsalının həcmi 10% artıb.*
E.Şəfiyev