Azərbaycanda koronavirus infeksiyasına 755 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 608 min 815-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 984 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər (ötən gün 12 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 167 nəfərə çatıb.
Virusa yoluxmuş 583 min 914 nəfər (sutka ərzində +1 min 671) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 16 min 734 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 804 (ötən gün 12 min 440 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 729 min 433 test aparılıb.*
B.Rüstəmbəyov