Yanvar-noyabr aylarında Azərbaycan banklarının kredit portfeli 15% artıb.
“İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatına istinadən bildirir ki, bank sistemi üzrə kredit portfeli noyabrda 1.8% artıb.
“Bu artım əsasən artan depozitlər hesabına maliyyələşdirilir. Noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 29% (2.8 milyard manat) artıb”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov