“Azəralüminium” MMC alüminium oksidin satın alınmasına 30 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytında dərc olunmuş məlumata istinadən xəbər verir ki, bu məqsədlə “Trafigura PTE Ltd” şirkəti ilə müqavilə bağlanıb.
Müqavilənin dəyəri 29 milyon 325 min manatdır ($17,25 milyon).
“Azəralüminium” MMC boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet,külçəvə rulon şəklində) məhsullarının istehsalı ilə məşğul olan əlvan metallurgiya müəssisələrini özündə birləşdirir. İllik istehsal gücü 50 min tondur. Müəssisənin məhsullarının 98%-i Türkiyə, Rusiya, Avropa İttifaqı ölkələri və ABŞ-a ixrac edilir.*
N.Abbasova