“VMedia” YouTube kanalı ermənilərin Rusiyaya qarşı iradlarını təfsilatı ilə ortaya qoyan növbəti videoçarx yayımlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir.
Filmin müəllifləri qeyd edirlər ki, bunlar ermənilərin Moskvaya bir növ “çox sağ ol”udur.
Ermənilərin təfərrüatlı şəkildə nəzərdən keçirilən şikayətləri bunlardır:
- Rusiya erməni kilsələrini dağıdıb;
- Rusiya erməni üsyançılarını tərk-silah edib;
- Rusiya Moskva və Qars müqavilələrini imzalayıb;
- Rusiya 44 günlük müharibə zamanı Ermənistana xəyanət edib.
Filmin müəllifləri xüsusi olaraq qeyd edirlər ki, Ermənistanda ruspərəst partiya hesab edilən Respublikaçılar Partiyasının proqramında vaxtilə Hitler rejimi ilə əməkdaşlıq etmiş Qaregin Njde ideyalarına sədaqət ifadə olunur. Bununla yanaşı, ruspərəst siyasətçi hesab edilən Robert Köçəryan ölkə prezidenti olduğu illərdə Ermənistanda rus dilində təhsilin məhv edildiyi vurğulanır.*