Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistan İslam Respublikasına yola düşüb. Bu barədə XİN-in məlumatında deyilir.
“Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
İclas dekabrın 19-da İslamabadda keçiriləcək.*
A.Salayeva