2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 51 milyard 619,3 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 6,2% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 2,1% - 5 min 153,3 manata qədər artıb.
Yanvar-noyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 46 milyard 209,4 milyon manat qalır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 1,7% çoxdur.
2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.**
X.Nəsirzadə