RF-nin Perm diyarının quberanatoru Dmitri Maxoninin rəhbərliyi ilə diyarın hökumətinin nümayəndə heyəti Bakıda sənaye kooperasiyası, ASK sektorunda qarşılıqlı əlaqələr, nəqliyyat-logistika sistemi məsələlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyindən məlumat verilib.
“Xüsusilə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüş baş tutub. Görüşün yekunlarına dair 2022-ci ilin yayına qədər sazişin və sənaye koooperasiyasının inkişafına dair yol xəritəsinin hazırlanması ilə bağlı razılıq əldə olunub”, - Ticarət Nümayəndəliyindən qeyd ediblər.
Vurğulanıb ki, indiyədək Perm diyarının təxminən 70 şirkəti Azrbaycanla fəaliyyətdə maraqlıdır, həmçinin Azərbaycanın sənaye nümayəndələri kooperasiyaya maraq ifadə ediblər.
Perm diyarının rəhbərliyi elmi-texniki şuralar vasitəsilə layihələr üzrə işə başlamağı və 1-4 iyun 2022-ci il tarixində Bakıda keçiriləcək “Xəzər Neft-Qaz” 27-ci Beynəlxalq sərgidə iştirakını təklif edib. Artıq 18 Perm şirkəti tədbirdə iştirak üçün sənəd təqdim edib.
O cümlədən, "LUKOYL-Azərbaycan" QSC-nin direktoru Zaur Cəlilovvə “LUKOIL Overseas Shah Deniz Ltd.”nin rəhbəri Elnur Qurbanovla görüşlər keçirilib. Neft şirkətlərinin Top-menecerlərinə sənaye kooperasiyasının inkişafında Perm diyarının təcrübəsi təqdim olunub.
“Perm diyarının müəssisələri Azərbaycan sənayeçilərinin layihələırində, o cümlədən karbonsızlaşdırılmada istifadə oluna biləcək geniş spektr məhsullar təklif edirlər. İşgüzar görüşlərin yekunlarına dair gələcək əməkdaşlığın inkişafı üzrə işçi qruplarının formalaşdırılmasına dair tapşırıqlarla protokollar imzalanıb. 2022-ci ildə Perm diyarının bier neçə biznes nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır”, - TN-dən əlavə ediblər.
Həmçinin, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla görüşüb. Tərəflər “Aqroeksperss” layihəsinin reallaşdırılmasını müzakirə ediblər. “Noyabrın 17-də Rusiya ilə Azərbaycan arasında nəqliyyat-logistika dəhlizlərinin inkişafı haqqında strateji sənədlər imzalanıb”, - TN-dən vurğulanıb. **
B.Rüstəmbəyov